mv

Bebras nədir?

Bebras İnformatika və Alqoritmik düşüncə yarışmasıdır. Yarışmada interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə şagirdlərin həmin mövzularda təfəkkürləri yoxlanılır və tapşırıqların həllinə uyğun qiymətləndirmə aparılır. Bebras yarışması onlayn olaraq keçirilir. Yarışın maraqlı tərəfi ondan ibarətdir ki, iştirak üçün şagirdlərin proqramlaşdırma və dərin İT biliklərinin olması vacib deyil. Şagirdlər interaktiv suallara alqoritmik düşüncələrini işə salaraq cavab verirlər.

mv

Alqoritmik düşüncə nədir?

Rəqəmsallaşma əsrində alqoritmik düşüncə hər bir vətəndaş üçün vacib bacarıqdır. Alqoritmik düşüncə proqram mühəndislərinin proqramlaşdırmada istifadə etdiyi bir sıra bacarıqları və üsullarından istifadə etməyə əsaslanır. Bebras müsabiqəsində çətin məsələlər daha sadə və kiçik problemlərə bölmək bacarığı, alqoritm tərtibatı, data strukturları və abstraksiya daxil olmaqla problem həll etmə bacarıqları və İnformatikanın əsas konsepsiyaları təşviq edilir.

mv

Bebrasda kimlər iştirak edə bilər?

Bebras müsabiqəsi məktəblilər üçün nəzərdə tutulub və üzv olmuş bütün məktəblərin şagirdləri iştirak edə bilərlər.

Bebras məsələləri əyləncəli və interaktiv tapşırıqlardan ibarətdir. Bu məsələlər kompüter elmlərinə aid olsalar da, şagirdlərdən xüsusi proqramlaşdırma bilikləri tələb edilmir. Bebras məsələləri üçün məntiqi təfəkkür və həvəs tələb olunur.

pc

Bebras Müsabiqəsi Azərbaycanda!

“Bebras” İnformatika və Alqoritmik Düşüncə yarışması Azərbaycanda ilk dəfə 2014-cü ilin aprel ayında İsmayıllı şəhərində keçirilib. Daha sonra Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2014, 2015 və 2016-cı illərdə Bebras həftələri təşkil olunub.

Bu müsabiqələrə Azərbaycanın fərqli bölgələrindən 5000-ə yaxın şagird qatılıb. Həmin bölgələr Bakı, Sumqayıt, Lerik, Gəncə, Mingəçevir, Qax, Xaçmaz, Lənkəran, Mingəçevir və digər şəhərləri əhatə edib.

Əvvəlki müsabiqədə “Bebras həftəsi”ndə iştirak etmiş və ən yüksək bal toplamış 100 nəfər final həftəsində iştirak ediblər. Final mərhələsi ADA Universitetində şagirdlər, valideynlər, müəllimlər və xüsusi qonaqlarla birgə bayram kimi qeyd keçirilib. Müsabiqə bitdikdən dərhal sonra nəticələr elan edilərək, şagirdlərə xüsusi sertifikatlar təqdim olunub.

ƏLAVƏ MƏLUMAT LAZIMDIR?

Hər hansı bir sualınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Bunun üçün aşağıdakı keçiddən istifadə edərək müraciət formunu doldurun. Bizimlə əlaqə qurmaq üçün aşağıdakı nömrəni istifadə edə bilərsiniz

Bizimlə Əlaqə

Müsabiqədə istifadə olunan mövzular

pic
Abstraksiya
Abstraksiyamövhumu daha sadə şəklə gətirmək üçün mühüm xüsusiyyətlərin qanunauyğunluqları vasitəsilə ümumiləşdirilməsidir.
Burada az əhəmiyyət kəsb edən xüsusiyyətlərdən istifadə olunmur.
pic
Alqoritmik düşüncə
Alqoritmik düşüncəqoyulan məsələni kompüterin icrası üçün lazım olan addımlar ardıcıllığı kimi düşünmək tərzidir.
Bu bacarıq inkişaf etdikcə daha optimal alqoritmlər tapmaq mümkündür.
pic
Dekompozisiya
Dekompozisiyahər hansı bir məsələnin daha kiçik hissələrə bölünməsidir.
Bölünmə zamanı ən vacib tələb alınan kiçik hissələrin hər birinin ayrılıqda və daha sonra ümumi məsələnin həll olunmasıdır.
pic
Dəyərləndirmə
Dəyərləndirməhər hansı bir nəticənin ilkin şərtlər nəzərə alınmaqla qiymətləndirilməsi kimi başa düşülür.
pic
Patternlərin tapılması
Patternlərin tapılmasıbir qrup fərqli məsələdə qanunauyğunluqların tapılması vasitəsilə ortaq həll yolunun tapılmasıdır.
pic
Proqramlaşdırma
Proqramlaşdırmamüəyyən şərtlər toplusunu ödəyən kompüter proqramlarının yaradılması prosesidir.
Ədəbiyyatda bu söz birləşməsi kompüter proqramı kimi qəbul olunsa da əslində proqramlar bütün proqramlaşdırıla bilən cihazlar üçün yazılır.
pic
Kompüter şəbəkələri
Kompüter şəbəkələriiki və ya daha artıq kompüterin və ya periferia qurğularının bir-birilə əlaqəyə girərək yaratdığı şəbəkədir.
pic
Kompüter avadanlığı
Kompüter avadanlığıkompüterin və ya kompüter sisteminin fəaliyyəti üçün zəruri olan cihazlara verilən addır. Məs: monitor, siçan, sistem bloku və s.
pic
Data strukturları
Data strukturlarıməlumatın saxlanılması üçündür. Əsas məqsədlərindən biri də odur ki, məlumatı qruplaşdırmaq və istənilən formada saxlamağa imkan yaradır.
pic
Kompüter sistemləri və cəmiyyət
Kompüter sistemləri və cəmiyyətkompüter sistemlərinin istifadəsinin cəmiyyətə təsirindən bəhs edir.
Əsas məqsəd ondan ibarətdir ki, kompüter sistemlərinin cəmiyyətə təsiri müsbət olsun və inkişafına töhfə versin.

Mətbuatda Biz

Bebras müsabiqəsi haqqında olan xəbərlər

Şagirdlər informatika üzrə “Bebras” müsabiqəsində güclərini sınayacaq
Şagirdlər informatika üzrə “Bebras” müsabiqəsində güclərini sınayacaq

Oktyabr 22, 2015

davamını oxu
Məktəb-liseydə seminar keçirildi
Məktəb-liseydə seminar keçirildi

Oktyabr 31, 2014

Bakıdakı 83 nömrəli məktəb-liseydə informatika üzrə beynəlxalq müsabiqə ilə bağlı seminar keçirildi.

davamını oxu
Azərbaycan şagirdləri beynəlxalq müsabiqədə iştirak edəcəklər
Azərbaycan şagirdləri beynəlxalq müsabiqədə iştirak edəcəklər

Fevral 15, 2013

davamını oxu
Bebras müsabiqəsinin təşkili üçün müəyyən fond ayrılsın
Bebras müsabiqəsinin təşkili üçün müəyyən fond ayrılsın

Oktyabr 28, 2015

davamını oxu