Ana Səhifə
Müəllimlər üçün

Müəllimlər üçün

Bebras Müsabiqəsində iştirak etmək üçün hər bir məktəbdən bir və ya bir neçə koordinator olmalıdır. Bu koordinatorlar həmin məktəbdə Bebras Müsabiqəsinin keçirilməsi işini təşkil edən və müsabiqəyə cavabdeh şəxslərdir. 

Koordinator olmaq üçün ilk olaraq müəllim (və ya digər əməkdaş) qeydiyyatdan keçir. Qeydiyyat zamanı məktəbin yerləşdiyi bölgəni, məktəbin adını və özü haqqında məlumatları qeyd edir. Daha sonra qeydiyyat məlumatlarına komandamız baxış keçirir. Bu adətən 1 gündən çox çəkmir. Əgər bütün məlumatlar qaydasındadırsa sizin hesabınız təsdiqlənir və sizə bununla bağlı e-poçtunuza məktub gəlir. Gələn məktubdan sizin istifadəçi adınız qeyd olunur. Parol isə sizin öz daxil etdiyiniz kimi qalır. Konfidensiallıq məqsədi ilə sistem parolu sizin e-poçtunuza göndərmir.

Koordinator məktəbin istənilən müəllimi ola bilər. Koordinator olaraq qeydiyyatdan keçmək üçün bu keçiddən istifadə edərək http://contest.bebras.az/admin/ səhifəsinə daxil olun və məktəbinizi qeydiyyatdan keçirin.

Müsabiqənin keçirilməsi ilə bağlı təlimat koordinator panelində Sənədlər bölməsində yerləşdirilmişdir. 

Bebras həftəsi

  • Bebras həftəsi 28 Noyabr-4 Dekabr tarixlərində keçiriləcəkdir.

    Üzv olmayan məktəblər iştirak etmək üçün bu keçiddən qeydiyyatdan keçə bilərlər.