Ana Səhifə
Şagirdlər üçün

Şagirdlər üçün

İnformatika üzrə Beynəlxalq Qunduz Müsabiqəsinə xoş gəlmişsiniz!

Bu müsabiqədə müxtəlif əyləncəli suallarla sizin məntiqi və alqoritmik düşüncə tərziniz qiymətləndiriləcəkdir. 

Məsələlər üç çətinlik dərəcəsi üzrə bölünmüşdür: A, B və C.

"A" dərəcəli suallar, "B" dərəcəli suallardan daha asandır, "C" dərəcəli suallar isə "B"-dən daha çətindir.  

Müsabiqəyə başlayarkən ilk səhifədə siz məsələlərin adlarını və qarşısında onların çətinlik dərəcəsini görə bilərsiniz. Məsələnin çətinlik dərəcəsinə görə qiymətləndirilməsi də müxtəlifdir. Aşağıda hər məsələyə uyğun qiymətləndirmə cədvəli verilmişdi: 

Çətinlik Düzgün cavab Səhv cavab Cavabsız
A +6 bal -2 bal 0 bal
B +9 bal -3 bal 0 bal
C +12 bal -4 bal 0 bal

Təlimat:

  1. Daxil ol linkinə keçin, və istifadəçi adı və parolunuzu yazın (istifadəçi adı və parolu müəlliminizdən soruşun).
  2. Daxil olduqdan sonra bu səhifəyə qayıdacaqsınız. Müsabiqəyə başlamaq üçün Müsabiqələr linkinə keçin, müsabiqəni və yaş qrupunuzu/sinfinizi seçin. 
  3. Səhifədə məsələlərin siyahısı və onların çətinlik dərəcələri görünəcəkdir. 
  4. Öz cavablarınızı müsabiqə bitənə qədər istədiyiniz qədər dəyişə bilərsiniz. Məsələləri istədiyiniz ardıcıllıqla həll edə bilərsiniz.
  5. Əgər istəsəniz məsələyə aid cavabınızı silə də bilərsiniz. 
  6. Sizin müsabiqədə iştirak etmək üçün cəmi 40 dəqiqə vaxtınız olacaq. Nə qədər vaxtınızın qaldığını müsabiqə başlayan kimi səhifənin yuxarı-sağ küncündə görəcəksiniz. 

Qeyd

Əgər rus bölməsində oxuyursunuzsa bu linkə keçin. 

Для русского сектора перейдите сюда.


İnformatika üzrə Beynəlxalq Qunduz Müsabiqəsi 

Bebras həftəsi

  • Bebras həftəsi 28 Noyabr-4 Dekabr tarixlərində keçiriləcəkdir.

    Üzv olmayan məktəblər iştirak etmək üçün bu keçiddən qeydiyyatdan keçə bilərlər.