Ana Səhifə
Müsabiqənin formatı

Müsabiqənin formatı

Müsabiqə on-line şəkildə keçirilir. Müsabiqədə 18-20 sual və 40-45 dəqiqə vaxt verilir (sual və vaxt təşkilatçıların istəyindən asılı olaraq seçilir, 45 dəqiqə bir dərs saatına uyğun seçilib).


Testlərdən başqa ssenarilər əsasında interaktiv və oyun tipli məsələlər də olur.  

Bebras həftəsi

Hər il dünyanın müxtəlif ölkələrində Bebras həftəsi keçirilir. Bu həftə ərzində dünyanın bir çox ölkələrində yüz minlərlə şagird yarışmada iştirak edir. 


Keçən il Azərbaycandan 82 məktəb (Bakı, İsmayıllı, Sumqayıt, Lerik, Mingəçevir, Laçın) olmaqla 4184 nəfər şagird iştirak etmişdir. 

Final mərhələsi

Bebras həftəsində iştirak etmiş və ən yüksək bal toplamış 100 nəfər final həftəsində iştirak edir. Şagirdlər, valideynlər, müəllimlər və bəzi qonaqlar bir yerə toplaşır və bu tədbiri bayram kimi qeyd edirlər. Şagirdlər nəzarət altında müsabiqəyə qatılır və məsələləri həll edirlər. Müsabiqə bitdikdən dərhal sonra nəticələr elan olunur və təltifedilmə mərasimi keçirilir. 


Keçən ilki final mərhələsi ADA Universitetində Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmişdir.

Bebras həftəsi

  • Bebras həftəsi 28 Noyabr-4 Dekabr tarixlərində keçiriləcəkdir.

    Üzv olmayan məktəblər iştirak etmək üçün bu keçiddən qeydiyyatdan keçə bilərlər.