Ana Səhifə
Tez-tez verilən suallar

Tez-tez verilən suallar

  • Koordinator parolum yadımdan çıxıb, bunun üçün yeni hesab yaratmalıyam?
    • Xeyr, bunun üçün adilaliyev[at]acm.org ünvanına müraciət edin. 
       
  • ​İş yerimi dəyişmişəm və hazırda başqa məktəbdə çalışıram, əvvəlki koordinator hesabımdan istifadə edə bilərəm?
    • ​Koordinator hesabında sizin hansı məktəbin müəllimi olduğunuz göstərilir. Bu baxımdan yeni məktəbi göstərməklə yenidən koordinator olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.
       
  • İki məktəbdə çalışıram. Eyni koordinator hesabı ilə hər iki məktəbin şagirdlərinə hesab aça bilərəm?
    • Xeyr. Hər məktəb üçün ayrılıqda qeydiyyatdan keçməlisiniz. Əks halda şagirdlərin məktəblərini ayırmaq mümkün olmayacaqdır. 
       
  • Müsabiqədə neçənci siniflər iştirak edə bilər?
    • ​Müsabiqədə 1-11-ci siniflər iştirak edə bilər.
       
  • Məktəbdə kompüterlər texniki cəhətdən nasaz vəziyyətdədir. Bunun üçün hara müraciət edə bilərəm?
    • Məktəbə aid texniki məsələlər üçün məktəbin müvafiq qurumuna və ya direktoruna müraciət edin. Bebras Azərbaycan hər-hansı bir məktəbin texniki məsələlərinə müdaxilə etmək hüququna malik deyil.
       
  • Müsabiqədə iştirak pulludur?
    • Xeyr, müsabiqədə iştirak pulsuzdur. Eyni zamanda finalda hər-hansı hədiyyələr, tədbirin təşkili və s. təşkilat komitəsi tərəfindən ödənir. Bebras müsabiqəsi ilə əlaqədar heç bir halda ödəniş tələb oluna bilməz. Əgər hər kimsə sizdən buna görə pul tələb edərsə bu barədə Təhsil Nazirliyinin qaynar xəttinə (daha ətraflı http://edu.gov.az/ saytında) müraciət edib, şikayətinizi bildirin.
  • Bizim məktəbdə bu müsabiqə keçirilmir. Bu müsabiqədə mən necə iştirak edə bilərəm?
    • Bunun üçün sizin informatika (yaxud digər) müəlliminiz http://www.bebras.az/tutors səhifəsi vasitəsilə qeydiyyatdan keçməlidir. Əgər məktəb əməkdaşlarından heç kim bu məsələyə təşəbbüs göstərmirsə o zaman bebras[at]azerbaijan.acm.org ünvanına müraciət edin. Biz sizə iştirak etmək üçün əlimizdən gələni edəcəyik.​
       
  • Müsabiqə bitdikdən sonra nəticələri necə öyrənə bilərəm?
    • Müsabiqə bir həftə ərzində davam edir. Müsabiqə həftəsi bitdikdən dərhal sonra sistem bütün iştirakçıların cavablarını qiymətləndirir. Eyni zamanda siz öz hesabınıza daxil olaraq hansı suallara düz və ya səhv cavab verdiyinizi görə bilərsiniz. Bu səbəbdən istifadəçi adı və parollarınızı özünüzdə saxlayın.
  • İştirak haqqında sertifikatı haradan əldə edə bilərəm?
    • Müsabiqə bitdikdən sonra sizin məktəbin koordinatoru öz səhifəsindən sertifikatları əldə edib sizə verə bilər.
  • Sertifikat pulludur? Məktəbimizin müəllimi sertifikatın çapı üçün ödəniş olduğunu bildirir.
    • ​Sertifikat pulsuzdur. Sizdən heç bir halda ödəniş tələb edilə bilməz. Əgər sizdən ödəniş tələb edilirsə o zaman müəlliminizdən sadəcə PDF faylı sizə ötürməsini xahiş edin və özünüz sertifikatı istənilən printerdə çap edin. Əgər müəllim PDF faylı verməkdən imtina edərsə o zaman bebras[at]azerbaijan.acm.org ünvanına bildirin və biz sizə PDF faylı çatdırarıq. Eyni zamanda müəllimin pul tələbi ilə bağlı Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edin. 

Bebras həftəsi

  • Bebras həftəsi 28 Noyabr-4 Dekabr tarixlərində keçiriləcəkdir.

    Üzv olmayan məktəblər iştirak etmək üçün bu keçiddən qeydiyyatdan keçə bilərlər.