Ana Səhifə
Qunduz nədir?

Qunduz nədir?

Bebras (Qunduz) İnformatika və Kompüter vərdişləri üzrə beynəlxalq müsabiqədir.

Hər il təqribən 400.000-dən çox şagird dünyanın bir çox ölkələrində Bebras müsabiqəsində iştirak edir, müəllimlər onların bu sahədə biliklərini qiymətləndirirlər. Müsabiqənin əsas məqsədi oyunlar və əyləncə xarakterli məsələlərlə İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsinə şagirdlərin marağını oyatmaqdır. Məsələlər elə formada tərtib olunur ki, şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın. Elə müsabiqənin əsas məqsədi də xüsusi bilikləri olmayan, lakin təfəkkürləri İT sahəsində güclü ola biləcək şagirdləri qiymətləndirməklə aşkar etməkdir. 


Bu müsabiqədə şagirdlərin informasiya texnologiyaları üzrə təfəkkürləri və kompüter vərdişləri test vasitəsilə yoxlanılır və qiymətləndirilir. 
Suallar testlər şəklindədir və heç bir dərin informatika bilikləri, proqramlaşdırma bilikləri tələb etmir. Bu da bizim üçün paytaxtdan kənarda olan məktəblərdən şagirdlərin məntiq və təfəkkürlərini qiymətləndirməklə istedadlı şagirdləri seçməkdə böyük köməklik göstərəcək. Daha sonra həmin şagirdlər Azərbaycanın İnformatika üzrə Olimpiada komandasının rəhbərləri tərəfindən bir neçə il müddətində hazırlaşdırılaraq Beynəlxalq İnformatika Olimpiadalarında (İOİ) iştirakı üçün lazımı dəstəyin verilməsi nəzərdə tutulub. 


Hazırda 30-dan çox ölkədə (Kanada, Yaponiya, Almaniya, İtaliya, Polşa, ABŞ və s.) rəsmi olaraq Bebras müsabiqəsi mütəmadi keçirilir. 


Hər il müxtəlif ölkələrdə bu müsabiqənin keçirilməsi davam edir. Bu il Noyabr ayının 5-11 tarixləri arasında 12-ci Beynəlxalq Bebras həftəsidir.

Bebras həftəsi

  • Bebras həftəsi 28 Noyabr-4 Dekabr tarixlərində keçiriləcəkdir.

    Üzv olmayan məktəblər iştirak etmək üçün bu keçiddən qeydiyyatdan keçə bilərlər.