Ana səhifə - Qunduz

Bebras İnformatika Müsabiqəsi beynəlxalq Bebras təşəbbüsünün ərsəyə gətirdiyi bir müsabiqədir. Bu müsabiqə məntiqi oyunlar və suallar vasitəsilə İnformatika və Alqoritmik düşüncə tərzinin inkişafına dəstək verir.

Bebras müsabiqəsi dünyanın 35-dən çox ölkəsində keçirilməkdədir və bu say hər il artmaqdadır. Azərbaycan bu müsabiqəyə 2012-ci ildə qoşulmuş və Azərbaycan məktəbliləri ilk dəfə olaraq Beynəlxalq Bebras Həftəsində 2014-cü ildə, 82 məktəbdən olmaqla 4184 şagirdlə iştirak etmişdir.

Hal-hazırda Bakı, Sumqayıt, İsmayıllı, Mingəçevir, Laçın və Lerik rayonlarından bir neçə məktəb müsabiqəyə qoşulmuşdur. Müsabiqəyə qoşulmaq üçün məktəb nümayəndələri (adətən İnformatika müəllimləri) bu səhifəyə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bebras müsabiqəsi haqqında daha ətraflı məlumat.

Bebras həftəsi

  • Bebras həftəsi 28 Noyabr-4 Dekabr tarixlərində keçiriləcəkdir.

    Üzv olmayan məktəblər iştirak etmək üçün bu keçiddən qeydiyyatdan keçə bilərlər.